İcma sədrinin müavini: “Ermənilər “Ağoğlan” monastırının xaçlarını dəyişiblər”

“2009-cu ildə ermənilər Laçında “Ağoğlan” monastırında bərpa işləri apararkən burada çoxlu saxtalaşdırmalara yol veriblər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alban-udi dini icmasının sədr müavini Rafik Danakari deyib.

O qeyd edib ki, ermənilər monastırın üzərində olanxaçlarının hamısının görüntüsünü dəyişib: “Binaya əlavə daşlar qoyulub, bəzi daşlar çıxarılıb. Onlar Allahın evini saxtalaşdırıblar. Mütəxəssislər lazımdır ki, bunları aşkara çıxarsın”.

pia.az