XİN-dən Bayram Məmmədovla bağlı açıqlama

Bayram Məmmədovun ölümü ilə bağlı məlumatlar aidiyyəti üzrə diplomatik nümayəndəlik ilə araşdırılır.

Pravda.az xəbər verir ki, bu sözləri açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, hadisədən xəbərdardır, amma nəşin ölkəyə nə vaxt gətiriləcəyi məlum deyil:

“Bu, elə bir məsələdir ki, araşdırılmalı, yerli qurumlarla əlaqə saxlanılmalıdır. Nəşi dənizdən tapıldığı üçün cinayət elementləri varsa, təhqiqat aparılacaq və bu da vaxt ala bilər”.(Axar.az)

pia.az