Vətən müharibəsi şəhidi dəfn edilib - Yenilənib

Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyev dəfn edilib.

PİA.az xəbər verir ki, şəhid Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyevin cənazəsi ailəsinin yaşadığı evə gətirilib.

PİA.az xəbər verir ki, hazırda Mingəçevirdə rəsmi şəxslərin, şəhid yaxınlarının və şəhər sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Pərviz Hafiz oğlu Tağıyev 1990-cı ildə anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Müharibənin ilk günlərindən ailəsi ondan xəbər ala bilməyib. Bu gün onun nəşi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib.

***

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

pia.az