İki dost generalın karyerasının sonu: DSX və FHN ləğv edilir...

Azərbaycan hakimiyyəti kadr və struktur islahatlarını davam etdirmək niyyətindədir. 

HİT.Az-ın əldə etdiyi məlumata görə, iqtidarın zirvəsində hesab edirlər ki, idarəetmənin təkmilləşdirilməsi baxımından bu günə qədər aparılan islahatlar yetərli deyil. Daha bir neçə məmurun əvəzlənməsi, yaxud qurumun ləğv edilməsi qərara alınıb. Ləğv edilməsi planlaşdırılan qurumlar sırasında isə, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Dövlət Sərhəd Xidməti (DSX) gəlir.

FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 2006-cı il fevralın 6-da isə Kəmaləddin Heydərov Fövqəladə Hallar naziri təyin edilib.

Hazırda Kəmaləddin Heydərovun 8 müavini var:

1.    Rəfail Xalid oğlu Mirzəyev – Birinci müavin2.    Faiq Cavad oğlu Tağı-zadə3.    Etibar Böyükbəy oğlu Mirzəyev4.    Ragim Əhəd oğlu Lətifov5.    Orucəli Məmməd oğlu Hacıyev6.    Teymur Ramiz oğlu Mehdiyev7.    Tapdıq Əhliman oğlu Əmiraslanov.

Nazirliyin aparatına 14 idarə daxildir: 

1. Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi2. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdraəsi3. Kadr siyasəti Baş İdarəsi4. Maliyyə-iqtisadiyyat Baş İdarəsi5. Baş əməliyyat idarəsi6. Mülki müdafiə işinin təşkili Baş İdarəsi7. Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi8. Hüquq idarəsi9. Statistika və informasiya texnologiyaları idarəsi10. İctimaiyyətlə əlaqə idarəsi11. Beynəlxalq əlaqələr idarəsi12. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi13. Rabitə idarəsi14. Komendant xidmətinin təşkili və texniki təminat idarəsi.

FHN-nin strukturuna isə 23 qurum daxildir:

1. Dövlət Yanğından Mühafizə Xidməti2. Dövlət Yanğın Nəzarəti Xidməti3. Mülki Müdafiə Qoşunları4. Dövlət Material Agentliyi5. Su Ehtiyatları Dövlət Agentliyi6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi7. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi8. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi9. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti10. Xüsusi Riskli Xilasetmə Xidməti11. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti12. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi13. “İzotop” Xüsusi Kombinatı14. Əməliyyat-istintaq İdarəsi15. Elm istehsalat Birliyi16. Mərkəzi laboratoriya17. Əsaslı Tikinti idarəsi18. Maddi Texniki-Təchizat İdarəsi19. Aviasiya dəstəsi20. Tədris təlim mərkəzi21. FHN-in Akademiyası22. İdman sağlamlıq klubu23. Tibb Xidməti.

FHN-nin həm də 9 regional mərkəzi var:

1. Bakı Regional Mərkəzi2. Sumqayıt Regional Mərkəzi3. Şimal qərb regional Mərkəzi4. Şimal Regional Mərkəzi5. Gəncə Regional Mərkəzi6. Aran Regional Mərkəzi7. Muğan Regional Mərkəzi8. Qarabağ Regional Mərkəzi9. Cənub Regional Mərkəzi.

Göründüyü kimi, FHN digər nazirliklərlə müqayisədə kifayət qədər geniş səlahiyyətləri və çoxsaylı tabeli qurumları olan dövlət təsisatıdır. Kəmaləddin Heydərov isə uzun müddətdir yüksək vəzifədə təmsil olunan məmurlar kateqoriyasına aiddir. 16 ildir FHN-ə rəhbərlik edən nazir bundan əvvəl 11 il də Dövlət Gömrük Komitəsinin sədri olub. Beləliklə, Kəmaləddin Heydərov 27 ildir ki, yüksək vəzifəli məmurdur. Məlumatda qeyd edilir ki, FHN ləğv edildikdən sonra onun səlahiyyətləri bir neçə qurum arasında bölüşdürələcək. 

DSX-yə gəlincə, qurum əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tərkibində olub. Həmin vaxt Sərhəd Qoşunlarının komandanı həm də Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsini daşıyırdı. Mərhum Prezident Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə Sərhəd Qoşunlarının bazasında Dövlət Sərhəd Xidməti yaradılıb və qurum müstəqil təsisata çevrilib. İndi yenidən DSX-nin MTN-nin xələfi olan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) tabeliyinə verilməsi düşünülür. 

DSX-nin rəisi Elçin Quliyev 2001-ci ildə Sərhəd Qoşunlarının komandanı, Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. 2002-ci ildən isə Xidmətin rəisi kimi fəaliyyətdədir. Beləliklə, aydın olur ki, Elçin Quliyev 20 ildir eyni vəzifədədir. 

FHN və DSX-nin ləğvindən sonra Kəmaləddin Heydərovla Elçin Quliyevin uzun müddət vəzifədə olduqlarını nəzərə alsaq, onların yenidən hansısa yüksək vəzifəyə təyin olunacağı inandırıcı görünmür. Həmçinin adıçəkilən məmurların kiminsə tabeliyində çalışacaqları inandırıcı görünmür. Ona görə də onların da sabiqlərın sırasına qoşulacağını düşünmək olar.  

pia.az