NASA-nın 4 astronavtı Yerə döndü

NASA-nın dörd astronavtı "SpaceX” şirkəti tərəfindən istehsal edilən "Crew Dragon” gəmisi ilə Yerə eniş edib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, kosmik gəmi gecə saatlarında Yerə dönüb.

Qeyd edək ki, üçü amerikalı və biri yapon olan kosvonavtlar altı ay kosmosda olublar.

Kosmonavtlar yerli vaxtla səhər 2:56-da, Florida ilə Panama şəhərlərinin yaxınlığında eniş ediblər. Əslində kosmonavtların daha əvvəl qayıdacağı gözlənilirdi, lakin Floridadakı pis hava şəraiti səbəbindən onların qayıdışı təxirə salınmışdı.

pia.az