Qırğız və tacik liderləri arasında növbəti danışıq: Qərar

Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Qırğızıstan Prezidenti Sadır Japarovla Tacikistanın dövlət başçısı İmaməli Rəhman arasında ikinci dəfə telefon danışığı olub.

PİA.az axar.az-a istinadən bildirir ki, telefon danışığı zamanı sərhəddə gərginliyin tam aradan qaldırılması, hər iki tərəfdən hərbi texnikanın sərhəd zonasından geri çəkilməsi məsələləri müzakirə olunub.

Dövlət başçıları hər iki tərəfdən hərbi texnikanın geri çəkilməsini təftiş etmək üçün Birgə Komissiyanın yaradılmasını qərara alıblar.

Prezidentlər əmin olduqlarını bildiriblər ki, bu gün öz işinə başlayan Hökumətlərarası Komissiyanın üzvləri münaqişənin tam tənzimlənməsi üçün səy göstərəcəklər.

Qeyd edək ki, son məlumata əsasən, sərhəddə ölənlərin sayı 34 nəfərə çatıb, bunların 31-i hərbçi, 1-i tibb işçisidir. Münaqişədə 173 nəfər yaralanıb.

pia.az