Rusiyalı deputat və ekspertlər Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər - Fotolar, Yenilənib

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

##galery##

***

Rusiyalı deputatlardan və ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycanın Ağdam şəhərinə gəlib.

PİA.az “Report”-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Oleq Valençuk, deputat Sergey Kalaşnikov, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov və başqaları daxildir.

Səfər zamanı onlar 30 illik erməni işğalı zamanı Ağdam şəhərində törədilmiş dağıntıların miqyası ilə tanış olacaqlar.

pia.az