Daşkəsəndə 53 yaşlı qadın evin damından yıxılıb

Daşkəsən rayonunda yerli sakin, ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Nazilə Məmmədova yaşadığı evin damında iş görən zaman ehtiyatsızlıqdan yıxılıb. Hündürlükdən yerə çırpılan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Gəncədə xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az