Azərbaycan kubokunda finalçılar müəyyənləşib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Cavab oyunları çərçivəsində hər iki qarşılaşma eyni gündə baş tutub.

İlk finalçı Tofiq Bəhramov adına Respublika Stadionunda müəyyənləşib. Son illərin ölkə çempionu “Qarabağ” öz meydanında “Sumqayıt”la görüşüb. Birinci oyunda qolsuz heç-heçə edən rəqiblər cavab görüşündə də eyni nəticəni təkrarlayıblar. Görüşə əlavə edilmiş 30 dəqiqədə də qapılara qol vurulmadığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq oynayan "Sumqayıt" sensasiya edərək, ardıcıl ikinci dəfə finala yüksəlib.

Digər cütdə iki Bakı klubları üz-üzə gəliblər. “Zirə” öz meydanında “Keşlə”ni sınağa çəkib. Bu qarşılaşmada da cütün taleyinə 90 dəqiqə ərzində aydınlıq gəlməyib. Səfərdə qalib gələn zirəlilər bu üstünlüyü son dəqiqələrdə penaltidən buraxdığı topla əldən verib. Əlavə olunmuş yarım saatı azlıqda keçirən və baş məşqçisiz qalan “Zirə” fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb və tarixində ilk dəfə həlledici matça yüksəlmək şansını qaçırıb. Qarşılaşmanın qəhrəmanı Sezar Meza Kollinin het-triki “Keşlə”ni finala daşıyıb.

Beləliklə, mayın 24-də keçiriləcək həlledici oyunda “Sumqayıt”la “Keşlə” üz-üzə gələcək.

Azərbaycan kubokuYarımfinal, cavab oyunları29 aprel (cümə axşamı)

17:00. “Qarabağ” – “Sumqayıt” - 0:0, ə.v. 0:0Penaltilər seriyası ilə - 4:5Baş hakim: Əliyar Ağayev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq ƏliyevBaş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi AbdullazadəBaş məşqçi: Ayxan AbbasovTofiq Bəhramov adına Respublika Stadionuİlk oyun – 0:0

20:00. “Zirə” – “Keşlə” - 1:2, ə.v. 1:1Qollar: Şəhriyar Rəhimov, 48 (öz qapısına), Klesio Bauk, 112 - Sezar Meza Kolli, 66, 90+1 (pen.), 92Qırmızı vərəqə: Lazar Corceviç, 90Baş hakim: Elçin Məsiyev“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 29. Musa QurbanlıEhtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal HüseynovBaş məşqçi: Rəşad Sadıqov“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 14. Turan VəlizadəEhtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov, 65. Mehdi TahirovBaş məşqçi: Sənan QurbanovZirə İdman Kompleksinin stadionuİlk oyun – 2:1

pia.az