Səngimək bilməyən koronavirus pandemiyası və yeni Hindistan ştammı... - Fəlakətli günlər hələ qabaqdadır?..

Yay aylarında koronavirusun səngiyəcəyi deyilsə də, görünən budur ki, virusun hələ daha təhlükəli növləri ortaya çıxa bilər...

Professor: “Hindistan ştammının özəlliyi ondan ibarətdir ki, burada B1-167 və B1-168 olaraq ikili mutasiya gedir”.

“Bəziləri bunu yeni pandemiya, bəziləri isə dördüncü dalğa adlandırır. Hindistanda bu virusan gündə 3 minə yaxın ölüm sayı qeyd edilir və vəziyyət çox ciddidir”.

Bu sözləri professor Adil Qeybulla yeni aşkar edilən Hindistan ştammının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda koronavirusun təhlükəli növünü aşkar etdiyini açıqlayıb. Bu virusa gündəlik 300-350 min insan yoluxur.

ÜST-ün mütəxəssisləri statistika məlumatlar və müayinələr əsasında yeni ştamın yüksək yoluxuculuq qabiliyyətinə malik olduğunu və orqanizmdə yaranmış antitellərə qarşı dözümlü olduğunu açıqlayıb.

Həmçinin bəzi ölkələr koronavirusun artıq 4-cü dalğasını gözləyirlər. Yay aylarında koronavirusun səngiyəcəyi deyilsə də, görünən budur ki, virusun hələ daha təhlükəli növü yayılmaqdadır. Hindistan ştammını nəzərə alarsaq deməl olar ki, hələ gələcək günlərdə virusun daha təhlükəli növləri ortaya çıxa bilər.

Bəs koronavirus nə zaman idarə ediləcək hala gələcək?

Mövzunu PİA.az-ın əməkdaşı professor, tibb elmləri doktoru Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Hindistan ştammın bu cür yayılmasının hansı nəticələrə gətirib çıxaracağını demək çox çətindir”.

Artıq dünyada karantin tədbirlərinin yenidən gücləndiyini nəzərə çatdıran Adil Qeybulla Azərbaycanın da koronavirusun dördüncü dalğasına daxil olunduğunun rəsmən elan edildiyini bildirib:

“Hindistan ştampı ilk dəfə Hindistanın Genomika və İnteqrafik Biologiya İnstitutunun əməkdaşları tərəfindən Qərbi Benqaliya ştatında aşkar olunub. Hindistan ştammının özəlliyi ondan ibarətdir ki, burada B1-167 və B1-168 olaraq ikili mutasiya gedir. Nəticədə gemonda amin turşularının tam arxitekturanı dəyişməsindən virus yeni bir xassə alıb.

Bəziləri bunu yeni pandemiya, bəziləri isə dördüncü dalğa adlandırır. Hindistanda bu virusan gündə 3 minə yaxın ölüm sayı qeyd edilir və vəziyyət çox ciddidir. Küçələrdə kütləvi prematsiya halları baş alıb gedir. Bununla bağlı olaraq da artıq dünyada karantin tədbirləri gücləndirilir.

Adil Qeybulla: “Artıq Azərbaycanda da rəsmən qeyd edildi ki, biz koronavirusun dördüncü dalğasına daxil oluruq”.

Qeyd edim ki, ABŞ-ın bəzi bəzi ştatlarında, məsələn San-Fransiskoda Stenfort universitetinin Klinik Virusologiya institutunun əməkdaşları da Hindistan ştammı aşkarlayıblar. Rusiyada da Hindistan ştammı artıq var. Buna görə də çox təhlükəli məsələdir. Bu ştammın bu cür yayılmasının hansı nəticələrə gətirib çıxaracağını demək çox çətindir.

Artıq Azərbaycanda da rəsmən qeyd edildi ki, biz koronavirusun dördüncü dalğasına daxil oluruq”.

Nərminə UMUDLUpia.az