Mayk Taysonun Lennoks Luislə döyüşünün vaxtı bəlli olub

Peşəkar boks üzrə sabiq dünya çempionu Mayk Taysonun növbəti döyüşünün vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu 54 yaşlı veteran boksçunun özü açıqlayıb.

Tayson rinqə sentyabrda çıxacağını bildirib: “Sabiq çempion Lennoks Luislə sentyabrda döyüşmək niyyətindəyəm”.

Qeyd edək ki, 2002-ci ilin iyununda Luis Taysonu 8-ci raundda nokauta salıb.

pia.az