Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib 

Vətən müharibəsi şəhidi dəfn edilib.

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olunan və dünən nəşi tapılan Elvin Mustafayev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfin mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Xatırladaq ki, E.Mustafayev oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

09:57Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar, həmin vaxtdan Elvin Mustafayev barədə heç bir xəbər ala bilməyiblər.(report)

pia.az