​​​​​​​Saatlıda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Saatlıda baş verən ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Dədə Qorqud kənd sakinləri - 1978-ci il təvəllüdlü Ağayev Natiq Novruz oğlu, 1963-cü il təvəllüdlü Quliyeva Hicran Xanbala qızı və 2003-cü il təvəllüdlü Ağayeva Mədinə Natiq qızıdır. Xəsarət alanlardan ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə səhər saatlarında Telmankənd kəndində qeydə alınıb. Traktorla “VAZ-2107”-nin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza ilə əlaqədar hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

12:55Saatlıda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Telmankənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, traktorla “VAZ-2107”-nin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza ilə əlaqədar hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir

Faktla bağlı araşdırma aparılır.

pia.az