“Avroviziya 2021”də çıxış ardıcıllığı

2021-ci ilin “Avroviziya” mahnı müsabiqəsi mayın 18-dən 22-dək Niderlandın Rotterdam şəhərində, “Ahoy” konsert zalında keçiriləcək.

PİA.az iştirakçıların çıxış ardıcıllığını təqdim edir:

18 may yarımfinalı

Litva – “The Roop” qrupuSloveniya – Ana SokliçRusiya – Manija Sanqinİsveç – Tusin Mikael ÇizaAvstraliya – Cessika Alissa SerroŞimali Makedoniya – Vasil Qarvanliyevİrlandiya – Lesli RoyKipr – Yelena SanqrinuNorveç – Andreas HaykelandXorvatiya – Albina QrçiçBelçika – “Huverfonik” qrupuİsrail – Eden AleneRumıniya – Larisa RoxanaAzərbaycan – Samirə ƏfəndiUkrayna – “Go A” qrupuMalta – Destini Çukunyere

20 may yarımfinalı

San Marino – Senhit Zadik ZadikEstoniya – Uku SuvisteÇexiya – Ben KristovaoYunanıstan – Stefaniya LiberakakisAvstriya – Vinsent BuenoPolşa – Rafal BrzozovskiMoldova – Natalya Qordiyenkoİslandiya – “Datamaqnit” qrupuSerbiya – “Hurricane” qrupuGürcüstan – Tornike KipianiAlbaniya – Anjela PeristeriPortuqaliya – “The Black Mamba” qrupuBolqarıstan – Viktoriya GeorgiyevaFinlandiya – “Blind Channel” qrupuLatviya – Samanta Tinaİsveçrə – Con MuharremayDanimarka – Cesper Qrot və Laurits Emanuel.

Mayın 22-nə təyin olunan finala birbaşa vəsiqə alan iştirakçılar bunlardır:

Almaniya – Yendrik ZiqvartBöyük Britaniya – Ceyms NyumenFransa – Barbara Praviİspaniya – Blas Kanto Morenoİtaliya – “Maneskin” qrupuNiderland – Janqyu Makroy.

“Avroviziya” ictimai teleradiolar qurumu olan Avropa Yayım Birliyinin layihəsidir. 1956-cı ildən bəri “Avroviziya”da İrlandiya 7, İsveç 6, Niderland, Fransa, Lüksemburq, Böyük Britaniya 5, İsrail 4, Danimarka, Norveç 3, Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə qalib olub.

Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Monako, Rusiya, Serbiya, Türkiyə, Portuqaliya və tarixə qovuşmuş Yuqoslaviya 1 uğur əldə edib. (Novator.AZ)

Mənbə: Eurovision.tv

pia.az