Seyfulla Əzimovdan qaraçılarla bağlı açıqlama: “İşləməkdən boyun qaçırırlar”

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı 370 təhsildən, ailə mühitindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən uşaq aşkar edilib.

Bunu Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

O bildirib ki, aparılan yoxlamalar həmin uşaqların məcburi əməyin qurbanı olmadığı, lakin onların əksəriyyətinin uzun illər Azərbaycanda məskunlaşmış qaraçı ailələrindən olduqlarını göstərib:

“Onların çoxu dövlətdən sosial yardım almalarına, əksəriyyətinin bələdiyyə və pay torpaqlarının olmasına baxmayaraq, müxtəlif bahənələrlə işləməkdən boyun qaçırırlar. Özlərinə peşə seçdikləri və uşaqlarını da cəlb etdikləri dilənçiliklə məşğul olurlar”.

DİN rəsmisinin sözlərinə görə, qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyən 120 valideyn haqqında inzibati təlim tədbirləri həyata keçirilib.(oxu.az)

pia.az