Rusiya Türkiyəyə şərt qoydu: “Ukraynaya PUA versəniz...”

“Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı yenidən nəzərdən keçirə bilər”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirin müavini Yuri Borisov bildirib.

Onun sözlərinə görə, Türkiyənin Ukraynaya pilotsuz təyyarələr tədarük edəcəyi təqdirdə, Rusiya bunu nəzərə alaraq Ankara ilə hərbi-texniki əməkdaşlıq perspektivini nəzərdən keçirəcək.

Borisov bu bəyanatı Vladimir Putinin Federal Məclisə müraciətindən sonra verib.

“Hər bir konkret hala konkret baxılacaq”, – deyə o əlavə edib.

pia.az