Bayden aprelin 24-də “genosid” sözü işlədəcək? - “The Wall Street Journal”

ABŞ prezidenti Cozef Bayden bu şənbə günü-aprelin 24-də  ermənilərin uydurma “soyqırım” kimi qeyd etdikləri 1915-ci il hadisələrinin ildönümündə öz müraciətində bu ifadəyə yer verə bilər. Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” öz mənbələrinə istinadən bildirir.

Nəşrin məlumatına görə, ABŞ prezidenti 1915-ci il hadisələri haqda “genosid” ifadəsi işlətməyə hazırlaşır, lakin yekun qərar hələ qəbul edilməyib. Və Bayden “genosid” sözünü işlətmədən öz sələfləri kimi ermənilərə müraciətdə simvolik müraciətlə kifayətlənə bilər.

Bundan əvvəl “The National İnterest” dərgisi də Baydenin “genosid” ifadəsini işlətməyə hazırlaşdığını bildirirdi. 24 aprelin ildönümü ərəfəsində erməni lobbisi Bayden administrasiyasına güclü təzyiqlər göstərir və “genosid”in tanınmasına nail olmağa çalışır. Lakin ABŞ prezidenti öz müraciətində həmin ifadəni işlədərsə bu, dərhal Türkiyə və Azərbaycanla münasibətləri kəskinləşdirəcək. Hansı ki, indi Rusiya ilə güclənən qarşıdurma şəraitində ABŞ-ın Türkiyə kimi güclü müttəfiqə ehtiyacı daha da artıb. Bu baxımdan Baydenin ölkəsinin maraqlarını təhlükəyə atacağı ağlabatan hesab edilmir.

pia.az