Bakıda gənc qızı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Həsənzadə Ramiyə Rəfael qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

R. Həsənzadə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(report)

pia.az