Tokio-2020: Argentina İspaniya ilə, Braziliya Almaniya ilə eyni qrupa düşüb

Tokio 2020 Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.

İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında baş tutan mərasimdə kişi komandaların düşdüyü qruplar müəyyənləşib.

Turnirdə 16 komanda 4 qrupa bölünüb. Argentina ilə İspaniyanın C, Braziliya və Almaniyanın isə D qrupunda rəqib olması diqqətçəkən məqamdır.

A qrupuYaponiyaCARMeksikaFransa

B qrupuYeni ZelandiyaCənubi KoreyaHondurasRumıniya

C qrupuMisirİspaniyaArgentinaAvstraliya

D qrupuBraziliyaAlmaniyaFil Dişi SahiliSəudiyyə Ərəbistanı

Qeyd edək ki, kişi futbolçular arasında Olimpiada oyunları 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.

pia.az