Boksçumuz dünya birinciliyində bürünc medal qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.

PİA.az-ın məlumatına görə, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçu rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundiala 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb.(Report)

pia.az