Azərbaycanda II Dünya Müharibəsi veteranı vəfat edib

II Dünya Müharibəsi iştirakçısı olan neftçalalı veteran vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, veteran Qurbanov Malik Qurban oğlu 98 yaşında dünyasını dəyişib.

Mərhum bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, o, 1923-cü ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub.

pia.az