Könül Kərimova Moskvada xına evi açıb

Əməkdar artist Könül Kərimova Rusiyada biznes qurub.

Müğənni Azərbaycanda toyların keçirilməsinə müvəqqəti qadağa qoyulduğu üçün uzun müddətdir Rusiyada yaşayır və çalışır.

Orada toylara gedən K.Kərimova özünə kiçik iş də qurub. Belə ki, Kərimova xına evi açıb. O, təkcə toy və xına aparıcılığı ilə yox, məclislərin dekorasiyası ilə də məşğul olacaq.(yeni sabah)

pia.az