Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"? 

Azərbaycanın qərb bölgəsinin mərkəzi olan, dövlətçilik tariximizdə mühüm yer tutan Gəncə şəhəri ölkədə geniş miqyasda abadlıq-quruculuq işləri aparılan şəhərlərdəndir.Bu məqsədlə hər il dövlət büdcəsindən Gəncə şəhərinə on milyonlarla vəsait ayrılır. Gəncə şəhərində son bir neçə ildə inşa edilən nə böyük layihələrdən biri də Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisidir. Bu layihələrin inşasına xərclənən vəsait artıq 42 milyon manatı adlayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu hər iki layihəni birbaşa müqavilə əsasında "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti inşa edir. 40 manat kapitallı MMC-yə 40 milyonluq tikintiQlobal.az xəbər saytının bu dəfəki araşdırması Gəncə şəhərində dövlət büdcəsi hesabına 42 milyon manatdan artıq tikinti işləri barədədir. Sözügedən tikinti işlərini "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti aparır.

"Rövşən Oğuz Qrup” MMC 2009-cu ilin aprel ayında təsis edilib. Vergilər Nazirliyinin bazasında olam məlumatlara görə şirkətin hüquqi ünvanı (əvvəlki hüquqi ünvanı Oğuz şəhəri, Nəsimi küçəsi ev 11) Əhməd Rəcəbli 1, ev 8, "Adore Plaza"-nın 3-cü mərtəbəsidir.

40 manat nizamnamə kapitalı olan "Rövşən Oğuz Qrup” MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur. Hafiz Mustafayev 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə dövlət başçısı tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Maraqlıdır ki, 8 rəqəmli smetası olan tikinti işlərini həyata keçirən "Rövşən Oğuz Qrup” MMC-nin fəaliyyət profili, indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verən saytı yoxdur.Şirkətin feysbuk səhifəsi isə daha bərbad və acınacaqlı durumdadır. Belə ki, şirkətin feysbuk səhifəsində ən son paylaşım iki il bundan əvvəl - 2019-cu ilin mart ayında olub. İki layihəsi 42 milyon olan şirkətin feysbuk səhifəsindəki paylaşımlarının baxış sayı isə 10-15 arasıdır. Adi məntiqlə düşünsək, deməli, bu şirkətin baş ofisində çalışan şəxslər evlərinə çörək qazandıqları şirkətin feysbuk səhifəsinə baxmırlar...

link

pia.az