Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib

Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edibArmen Sarkisyan

Ermənistan prezidenti Armen Sarkisyan Seçki Məcəlləsinə dəyişikliyi imzalamayıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, “Ermənistan Respublikasının Seçki məcəlləsinə” dəyişikliyin edilməsinə dair Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında 2021-ci il aprelin 2-də parlamentin qəbul etdiyi sənədi Armen Sarkisyan imzalamaqdan imtina edib. Qanun parlamentdə səs çoxluğu ilə qəbul edilmişdi.

pia.az