Bəzi tibb işçilərinin maaşına müddətli əlavənin ödənilməsi müddəti uzadılıb

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

PİA.az-ın məlumatına görə, dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyunun 1-dək uzadılıb.

Bundan əvvəl bu müddət martın 31-dək olub.

pia.az