Ermənistanın Müdafiə Nazirliyi boşaldılır

Xaos - Müharibə vəziyyətində olan ölkənin müdafiə nazirliyinin fəaliyyəti iflic olub...

Müharibədə itkin və əsir düşən əsgərlərin valideynləri nazirliyin binasını mühasirədə saxlamaqda davam edir.

Bəzi etirazçılar Müdafiə Nazirliyinin binasına daxil olmağa cəhd edəndən sonra nazirlik əməkdaşlarının evakuasiya olunması haqda qərar qəbul edilib.

PİA.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Erməni teleqram kanallarının yazdığına görə nazirliyin əməkdaşlarını helikopterlərlə ərazidən çıxarır və Erebuni hava limanına aparırlar. Ordan isə avtobuslar evakuasiya olunanları metroya daşıyır.

pia.az