İŞİD-in hazırkı lideri ABŞ-ın casusu olub - “Washington Post”

“İŞİD-in hazırkı lideri ABŞ casusu olub”

Yenisabah.az “Washington Post”-a istinadla xəbər verir ki, nüfuzlu Amerika nəşri belə bir iddia irəli sürüb.

Söhbət Əbu İbrahim Haşimi Qureyşi adı ilə tanınan şəxsdən gedir.

Hesabatda 2008-ci ildə İraqda həbs olunan və daha sonra ABŞ-ın İraqdakı qüvvələri üçün mühüm məlumatlar verən şəxsin kod nömrəsi də qeyd olunub – M060108-01. Gizli sənədlərə istinad edən “Washington Post”-un iddiasına görə, bu gün o, İŞİD-in yeni lideridir.

2008-ci ildə Qureyşi İraqdakı həbs düşərgəsində istintaq zamanı amerikalı müstəntiqlərə məhbus yoldaşları haqqında dəyərli məlumatlar verib. Daha sonralar da o, amerikalı hərbçiləri zəruri informasiyalarla təmin edib.

Əsl adı Məhəmməd Səid Rəhman Molla olan hazırkı İŞİD lideriinin İraq-Suriya sərhədyanı bölgəsində gizləndiyi düşünülür.

pia.az