Röyadan onu tənqid edən Səidəyə cavab: “Bağışla“

Xalq artisti Röya Ayxan onun haqqında qalmaqallı açıqlama verən müğənni Səidə Sultanla bağlı paylaşım edib.

İfaçı Səidənin bir neçə il əvvəl ıentə aldırdığı bağışla klipini yayımlayıb. Röya həmkarının ünvanına "Səidə ilə 1980-ci illərə dönək? Bu gün ilk dəfə izlədim, çox bəyəndim. Gözəl işdir və zəhmət var" sözlərini yazıb.

Səidənin isə qarşı tərəfə rekasiyası gecikməyib. O, "Nə yaxşı ki, bu mahnı bu gecə yadına düşdü. Allah səni bağışlasın. 1980..." cavabını verib.(yenisabah)

pia.az