Prezident 6 səfiri geri çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri geri çağırıb.

PİA.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Zelenski Ukraynanın Niderland, Belçika, İraq, Tailand, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindəki səfirlərini geri çağırıb.

Bundan başqa Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi də vəzifəsindən azad edilib. (Azərtac)

pia.az