Rusiyalı futbolçu oyun zamanı öldü - Foto

Rusiyanın gənclərdən ibarət “Əmək nişanları” futbol komandasının üzvü Nikita Sidorov matç zamanı vəfat edib.

Bu barədə ölkə KİV-i məlumat yayıb.

Yayılan məlumatlara əsasən, hadisə Orexovo-Zuyevo şəhərində, “Torpedo” klubunun stadionunda baş verib.

Mərhumun ölümünün ani olduğu, həkimlərin köməyə çatmadığı bildirilib. Ölümün ilkin səbəbi kimi beyin damarlarının anevrizmi göstərilib.

N.Sidorovun 18 yaşında olduğu qeyd edilib.

pia.az