“Ermənistandan Bakıya atılan “İsgəndər M”-i müzakrə etməliyik” - Politoloq

Məhəmməd Əsədullazadə: ““İsgəndər M”ə qarşı Rusiyadan aldığımız "S-300" havadan müdafiə sistemləri işə düşübmü?”...

“Ermənistandan Bakıya atılan “İsgəndər M” raketinin uçuş məsafəsi 500 km-dir. Ermənistana verilən isə, "İsgəndər E" uçuş məsafəsi isə 250 km-dir. Şuşaya atılan bu raketi müzakirə edirik. Amma Bakıya atılan raket barədə də müzakirələr getməlidir”.

PİA.az-ın xəbərinə görə, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadə bildirib ki, Bakıya atılan “İsgəndər M” ballistik raketini Azərbaycan havadan müdafiə sistemləri zərgər dəqiqliyi ilə vurmaqla, birbaşa Rusiyanın “İsgəndər” mifini darmadağın edib:

“Bakıya atılan “İsgəndər M”-ın havada zərərləşdirilməsi barədə artıq geniş şəkildə açıqlamalara ehtiyac var. Azərbaycanın uğurlu hərbi əməliyyatlarının qarşısını almaq üçün demək olar ki, Azərbaycan Ermənistan üzərindən Rusiya tərəfindən intensiv  raket atəşinə tutulmuşdur. İsrailin bizə verdiyi havadan müdafiə sistemləri bu raketləri məhv etdi. Görəsən, Rusiyadan aldığımız “S-300” havadan müdafiə sistemləri işə düşübmü?! Məlum olur ki, Rusiyadan aldığımiz “S-300” İsrailin “Lora” və "Barak-8” raketlərindən  keyfiyyətcə zəifdir. Və, vurma dəqiqliyi yoxdur. Ona görə də Ermenistandan atılan bu kimi raketlər İsrail silahları ilə məhv edilib”.

pia.az