Bu gün Alparslan Türkeşin anım günüdür

Bu gün türk millətçilərinin lideri, əfsanəsi Başbuğ Alparslan Türkeşin xatirəsi anılır...

MHP-nin qurucusu və lideri Alparslan Türkeşin 24-cü il öncə 1997-ci ilin 4 aprelində vəfat edib.

PİA.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının qurucu lideri Alparslan Türkeş Azərbaycanda daha çox “Boz qurd”çu kimi sevilirdi.

1965-ci ildə siyasətə başlayan Türkeş, türk siyasi həyatında silinməz bir yer qazandı. Alparslan Türkeş 1917-ci ildə İngilis işğalı altında olan Kiprdə anadan olub. 1933-cü ildə ailəsi Türkeşin əsgər olmaq xəyalıyla Türkiyəyə gəldi. Kuleli Hərbi Liseyinə daxil oldu və İstanbul Hərbi Məktəbini bitirdi. Türkeş 1940-cı ildə Muzaffer Ana ilə evləndi və 5 uşaq sahibi oldu. 1974-cü ildə həyat yoldaşı Muzafferi itirən Türkeş, iki il sonra Seval Türkeşlə evləndi. Onun da bu evlilikdən iki övladı var idi.

Onun karyerasında ilk uğur 27 May 1960-cı ildə hərbi çevriliş nəticəsində Alparslan Türkeş Baş nazirliyin müşaviri oldu. Lakin bu uzun sürmədi, elə həmin il Hindistana sürgün edildi. Yeni Dehidən yazdığı bir məktubla Milli Birlik Komitəsinə “Menderesi asma” xəbərdarlığını etdi. 1963-cü ildə Türkiyəyə dönən Türkeş, Cümhuriyyət Kəndli Milləti Partiyasına qatıldı, sonra 1965-ci ildə millət vəkili seçildi və partiyanın prezidentliyinə yüksəldi. Cumhuriyyətçi Kəndli Millət Partiyasını Milliyyətçi Hərəkat Partiyasına çevirən Türkeş, logosunu üç aypara dəyişdirdi. Onun çəkdiyi yol Türk millətçiliyi idi. 1975-ci ildə seçkilərdə qazanan Türkeş, Süleyman Dəmirəl və Necmettin Erbakan ilə birlikdə Milliyyətçi Cəbhə hökumətlərində iştirak etdi. Ülkü Ocakları və Büyük Ülkü Dərnəyini qurdu. 12 sentyabr 1980-ci ildə putşistlər bütün siyasi partiyalar kimi MHP-ni bağladılar. Türkeş 4,5 il həbsdə qaldı. Siyasi səhnəyə qayıtmaq üçün 6 sentyabr 1987-ci ildə referendumu gözləyən Türkeş, siyasi qadağanın götürülməsindən sonra Milliyyətçi İşçi Partiyasını yaratdı. Sonradan bunu da Milliyyətçi Hərəkat Partiyasında çevrdi.

Alparslan Türkeş, 4 aprel 1997-ci ildə infarkt səbəbiylə 80 yaşında vəfat etdi. Soyuq, qarlı bir gün olmasına baxmayaraq, Türkeş 10 min insanın iştirakı ilə son mənzilə yola salındı.

pia.az