Zidanın oğlu Bekhemin klubuna keçə bilər

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan karyerasını ABŞ-da davam etdirə bilər.

26 yaşlı yarımmüdafiəçi ilə "İnter Mayami" maraqlanır. Devid Bekhemin sahibi olduğu MLS təmsilçisi tezliklə bu keçidi həll etmək istəyir.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir O, ötən ilin oktyabrında "Almeriya"dan ayrılıb.

pia.az