Şabranda üzərinə hasar aşan uşaq ölüb

Şabran rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Məhəmməd Əsədov küçəsində 2011-ci il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlu hasar aşması nəticəsində ölüb. Məmmədov Pənah Zaur oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az