Şuşada “İskəndər” raketinin qalıqlarının tapılması xəbəri Türkiyə telekanalında - Video

Türkiyənin “Haber Global” telekanalı II Qarabağ müharibəsində Ermənistanın “İskəndər” operativ taktiki raket kompleksindən istifadəsi faktının təsdiqlənməsi ilə bağlı süjet hazırlayıb.

Süjetdə məsələ ilə əlaqədar açıqlamanın Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən verilməsi diqqətə çatdırılır.

Həmçinin, raketlərin qalıqlarının Şuşa şəhəri yaxınlığında aşkar olunması bildirilir.

Bununla yanaşı, “Haber Global”ın videomaterialında atılan raketlərin seriya nömrələrinin əldə olunması da vurğulanır.

pia.az