Bəşşar Əsəd və həyat yoldaşı koronavirusdan sağalıb

Koronavirusa yoluxan Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və həyat yoldaşı Əsma Əsəd sağalıblar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı B.Əsədin mətbuat xidməti yayıb.

Bildirilib ki, B.Əsəd və həyat yoldaşının COVID-19-la bağlı qan analizlərinin nəticəsi mənfi olub. Ona görə də onlar kanartin rejimindən çıxıblar.

Qeyd edək ki, B.Əsəd və həyat yoldaşının virusa yoluxması xəbəri martın 8-də yayılmışdı

pia.az