Avropa Birliyi rəsmiləri Türkiyəyə səfərə gəlir – Səbəblər

Avropa Şurasının prezidenti Çarlz Mişel və Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen aprel ayının 6-da Türkiyəyə səfər edəcəklər.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Çarlz Mişelin mətbuat katibi Barend Leyts sosial media hesabında məlumat paylaşıb. Qeyd olunub ki, Avropa Birliyi rəsmiləri Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.

Qeyd edək ki, Avropa Birliyi liderlərinin zirvə toplantısında iqtisadiyyat, immiqrasiya, icmalararası təmas və səyahət kimi mövzularda Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.

pia.az