Azərbaycanda daha altı məktəb koronavirusa görə bağlandı

Bu gündən Qazax rayonunda fəaliyyət göstərən altı məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərdə koronavirus pandemiyasına görə dərslər distant təhsilə keçirilib.

pia.az