İntihara cəhd edən Şirvan sakini xəstəxanaya yerləşdirilib

Şirvan sakini kimyəvi maddə içərək intihara cəhd edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1987-ci il təvəllüdlü Tağıyev Fuad Daxıl oğlu kimyəvi maddə içərək intihara cəhd edib.

O ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

pia.az