Türkiyə Norveç üzərində qələbə qazanıb - Video

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası Norveçlə qarşılaşıb.

Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə bağlı İspaniyanın Malaqa şəhərində keçirilən qarşılaşmada nominal meydan sahibi kimi Norveç yığması çıxış edib.

 Oyun qardaş ölkə komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ay-ulduzlular”ın heyətində Ozan Tufan dublla yadda qalıbsa, Çağlar Söyüncü bir dəfə fərqlənib.

Oyunun qısa xülasəsini təqdim edirik:

pia.az