Moldova Prezidenti parlamenti buraxmaq niyyətindədir

Moldova Prezidenti Maya Sandu parlamenti buraxmaq niyyətindədir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu gün Maya Sandu parlamentdəki fraksiyaları ilə parlamenti buraxmaq üçün məsləhətləşmələr aparacaq.

Parlamentin buraxılmasına səbəb Moldovanın Baş nazirinin bir neçə namizədinin parlament tərəfindən təsdiq olunmamasıdır.

Moldova Prezidenti parlamentə Natalya Qavrilitsey və İqor Qrisun Baş nazir vəzifəsinə namizədliyini təqdim etsə də, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi və ona yaxın deputat fraksiyası bunun əleyhinə çıxıb.

pia.az