Putinin yeni "ölüm siyahısı"nın olduğu iddia edilir

6 nəfərlik siyahıda Xodorkovski də var

Rusiya Prezidenti Vladimir Putinin "ölüm siyahısı"nın olduğu iddia edilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə "Daily Mail" qəzetinə adının çəkilməsini istəməyən rusiyalı agent məlumat verib. Xəbərə görə, Putin İngiltərədə yaşayan şəxslərdən ibarət və altı hədəfi özündə cəmləşdirən yeni bir "ölüm siyahısı" hazırlayıb.

Sözügedən şəxs Putinin öz gücünü siyasi rəqiblərinə sübut etmək üçün belə bir üsuldan istifadə etdiyini vurğulayıb. Siyahıda Bill Brouder, keçmiş MI6 əməkdaşı Kristofer Steele, Mixail Xodorkovski, Vladimir Aşurkov, Evgeni Çiçvarkin və Boris Karpiçkovun adlarının yer aldığı bildirilir.

İddia edilir ki, bu məlumatı verən şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətində (FSB) çalışır. Agentin bu açıqlamasının İngiltərə Baş naziri Boris Consonun Rusiyanı "İngiltərə üçün ən ciddi təhdid" olaraq xarakterizə etməsindən sonra yayılması da diqqət çəkib.

pia.az