ABŞ-da 16 nəfəri öldürən qatil saxlanıldı

ABŞ-ın Nyu Cersi ştatında bir nəfəri ölənədək döyən şəxs mərhumun avtomobilində gəzərkən saxlanılıb.

PİA.az musavat.com-a istinadən bildirir ki, qatil 66 yaşlı Maykl Dabkovskinin evinə daxil olaraq, əlindəki çəkiclə onu döyərək öldürüb, daha sonra isə mərhumun avtomobilini qaçırıb.

Bununla yanaşı, saxlanılan şəxs Nyu-Meksikoda cəsədi avtomobildə tapılan dörd nəfərin də qətlində şübhəli hesab olunur.

İstintaqın gedişində 47 yaşlı Şon Lannon daha 15 nəfərin qətlini etiraf edib.

Hazırda bütün məlumatlar yoxlanılır.

pia.az