Yeravanın Rusiyaya minnətdarlığı - Ermənistan NATO-nun Rusiyaya qarşı təlimlərində iştirak edəcək...

KTMT üzvü olan və bir neçə ay əvvəl Rusiya tərəfindən tam məğlubiyyətdən xilas edilən Ermənistanın NATO təlimlərində iştirakı Moskva üçün siqnal olmalıdır...

Hərbi ekspert: “Daha sərt şəkildə desək, bu Rusiyanın üzünə tüpürməkdən başqa bir şey deyil”.

“Mövcudluğuna görə Rusiyaya minnətdar olmalı olan Ermənistanın belə bir təlimlərdə iştirak etməsi Rusiyaya arxadan vurulan zərbə kimi dəyərləndirilməlidir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ermənistanın NATO-nun Rusiyaya qarşı “DefenderEurope 2021” təlimlərində iştirak etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın NATO-nun Rusiyaya qarşı “DefenderEurope 2021” təlimlərində iştirak edəcək. 27 ölkənin iştirak edəcəyi bu təlimlər zamanı Rusiyanın sərhədlərinə ABŞ hərbi birləşmələrinin yeridilməsi təmrinləri yerinə yetirələcək. NATO üzvü olan ölkələr məlum. Lakin amerikalılara Avropada hərbi birliklərini döyüş şəraitində yerləşdirməklə bağlı məşqlərdə onlara Ermənistan da yardım edəcək. O da məlumdur ki, Ermənistan öz ərazisində NATO hərbçilərinin yerləşdirilməsinə icazə verib.

Təlimlərdə NATO qoşunlarının Rusiya sərhədlərinə çıxarılması məşq ediləcək. Qeyd edək ki, KTMT üzvü olan və bir neçə ay əvvəl Rusiya tərəfindən tam məğlubiyyətdən xilas edilən Ermənistanın NATO təlimlərində iştirakı heç də anlaşılan deyil. Çünki cəmi 4 ay əvvəl rəsmi Yeravan Dağlıq Qarabağda müharibənin saxlanılması üçün Moskvaya yalvarırdı. Eyniz zamanda üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanı müdafiə etməyi və erməni ordusuna silah verməyi tələb edirdi. İndi isə Ermənistanın Rusiyaya qarşı NATO təlimlərinə qatılması Rusiya ictimaiyyətinin təəccübünə səbəb olub. Rusiyanın tanınmış hərbi eksperti İqor Korottçenko özünün teleqram kanalında Ermənistanın bu addımını NATO ilə Rusiya arasında çoxvektorlu siyasət kimi dəyərləndirib. Rusiyalı hərbi ekspert Ermənistanın Baş Qərargahı Rusiyaya qarşı NATO təlimlərində iştirakını şərh etmədiyinə diqqət çəkərək, özlərini Rusiyanın dostları adlandıran Köçəryan və Sarkisyan zamanında da NATO ilə Ermənistan arasında sız əməkdaşlıq olduğunu vyrğulayıb. Korotçenkoya görə Rusiya artıq Ermənistana kömək etməməli və bu ölkəni silahlandırmamalıdır.

Ermənistanın “DefenderEurope 2021” təlimlərinə qatılmasını PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Bu təlimlərdə Ermənistanın iştirak etməsi, artıq həmin ölkənin aşkar şəkildə Rusiya maraqlarının qırmızı xəttini keçdiyindən xəbər verir”.

Ermənistanın Rusiyaya qarşı daha əvvələr də belə addımlar atdığını xatırladan ekspert PİA.az-a bildirib ki, Avropadakı qurumlarda Ermənistanın Rusiyanın əleyhinə səs verməsi halalrı da olub:

““DefenderEurope 2021” NATO təlimləri bu il Şimal alyansının Cənub qanadında keçiriləcək. Bu təlimlərdə Albaniya, Balkanlarda Almaniya, Qara dənizdə isə diqqət mərkəzində Rumıniya və Bolqariya olacaq. Təlimlərin keçirilməsinin rəsmi məqsədi açıqlanıb. Belə ki, ABŞ ordusunun Avropa və Afrikadakı komandiri general Kristofer Tavaninin dediyinə görə bu təlimlər regiondakı mövcud hərbi fəaliyyətlərə hazırlıq məqsədi daşıyır.

Qara dəniz və Balkanlarda kimə qarşı döyüşə hazırlıq getdiyini təsəvvür etmək çətin deyil. Təbii ki, NATO-dan, həm də ABŞ-dan Rusiyaya qarşı səslənən son bəyanatlar və tətbiq edilən sanksiyalar fonunda bu təlimlərin hədəfiinin rusiya olduğunu ehtimal etmək heç də çətin deyil.

Ədalət Verdiyev: “NATO-dan, həm də ABŞ-dan Rusiyaya qarşı səslənən son bəyanatlar və tətbiq edilən sanksiyalar fonunda bu təlimlərin hədəfiinin rusiya olduğunu ehtimal etmək heç də çətin deyil”.

Bu təlimlərdə Ermənistanın iştirak etməsi, artıq həmin ölkənin aşkar şəkildə Rusiya maraqlarının qırmızı xəttini keçdiyindən xəbər verir. Biz daha əvvələr də, Ermənistandan belə addımlar görmüşük. Məsələn Avropadakı qurumlarda Ermənistanın Rusiyanın əleyhinə səs verdiyinin şahidi olmuşuq. Həmçinin də Ermənistanın Vətən müharibəsindən sonra Rusiya silahlarının, o cümlədən Kremlin çəkindirmə silahı kimi dünyaya təqdim etdiyi “İsgəndər”lərin döyüşə yararsızlığı ilə bağlı kifayət qədər geniş çeşiddə bəyanatlarına rast gəldik.

Mövcudluğuna görə Rusiyaya minnətdar olmalı olan Ermənistanın belə bir təlimlərdə iştirak etməsi Rusiyaya arxadan vurulan zərbə kimi dəyərləndirilməlidir. Bunu daha sərt şəkildə desək bu Rusiyanın üzünə tüpürməkdən başqa bir şey deyil”.

Nərminə UMUDLUpia.az