Fin hakimlər millimizin oyununa təyin olundu

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Slovakiya yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.

Aprelin 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edəcək.

Xatırladaq ki, qarşılaşma Levitse şəhərində baş tutacaq.

Hakimlər: Kirill Naishouler, Arttu Künaraynen (hər ikisi Finlandiya), Martin Matula (Slovakiya)

Timekeeper: Miroslav Yezik (Slovakiya)

Hakim-inspektor: Peri Qotye (Belçika)

pia.az