Netanyahunun çılpaq heykəli narazılıq doğurdu - Fotolar

Bu gün İsrailin Təl-Əvivdəki Habime Meydanından keçənlər oturmuş vəziyyətdə gizlənən Benjamin Netanyahunun çılpaq heykəli ilə qarşılaşıb.

Yaranan xoşagəlməz vəziyyət insanların narazılığına səbəb olub. Nəticədə heykəl təhlükəsizlik qüvvələri tərəfindən meydandan çıxarılıb.

Hadisə ilə bağlı istintaq başladılıb. Heykəl düzəldən sənətkarın kim olduğu və necə meydana gəldiyi hələ ki məlum deyil.(yenisabah)

pia.az