“Sənədsiz evləri olanlar əmlak vergisi vermirlər” - Deputat

Mətbuatdan və digər qurumlardan əldə etdiyimiz məlumatlar göstərir ki, ölkəmizdə 500 minə yaxın sənədsiz ev var. Bu evlərlə bağlı həm də əmlak vergisi ödənilmir.

PİA.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, bu evlərlə bağlı problemlərin həll edilməsinin zamanı gəlib:

“Ümid edirəm ki, qalırdığımız məsələlər nəzərə alınacaq”.

pia.az