Balakəndə mebel sexi yanıb

Balakən rayonunda yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayonda ümumi sahəsi 2100 m² olan mebel sexi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

pia.az