Parisdə polis ona hücum edən şəxsi öldürdü

Fransanın paytaxtı Parisdə polis onu soyuq silahla təhdid edən şəxsə atəş açıb.

Bu barədə “France Presse” agentliyi məlumat yayıb. Hadisə Bueno və Poissonier küçələrinin kəsişməsində baş verib. Şübhəli şəxs bıçaqla polisə zərbə endirmək istəyib. Bu zaman asayiş keşikçisi atəş açaraq onu öldürüb.

Cinayətin təfərrüatı araşdırılır.

pia.az