Siyəzəndə ağır yol qəzası: ölən və xəsarət alan var

Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı İsmayılova Şəbnəm Qabil qızı dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Kərimov Əsəd Səməd oğlu isə xəsarət alıb. Ə.Kərimov təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boyun fəqərəsinin kompression sınığı diaqnozu qoyulub.

pia.az